Dərc edildi: Baxış sayı: 694
Azərbaycana daha 1 mln. ədəd tut tingi gətiriləcək
Bu ayın sonuna qədər Azərbaycana Çindən daha 1 mln. ədəd tut tingi gətiriləcək.
“Report” xəbər verir ki, bu barədə kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev məlumat verib.
Onun sözlərinə görə, təmsil etdiyi qurumun Qax Damazlıq Stansiyası tam istehsal gücünə çatana qədər fermerlər həm tut tingi, həm də barama toxumu ilə təmin ediləcək.
“Çindən gətiriləcək tinglər barama istehsalı ilə bağlıdır və 36 rayona paylanılacaq. Gələn il ölkədə 800 ton həcmində barama istehsalına nail olmaq istəyirik. Bundan başqa, apreldə Azərbaycana 20 min qutu barama gətiriləcək”, - o qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət