Slimfit
  1. AVTO VƏ MOTO

Azərbaycana ABŞ və Koreyadan gətirilən avtomobillərin sayı artır

Azərbaycana ABŞ və Koreyadan gətirilən avtomobillərin sayı artır
Sakura

Azərbaycana ABŞ və Koreyadan gətirilən avtomobillərin sayı artır

Son illər ölkəmizə Amerika və Koreyadan gətirilən avtomobillərin sayında kəskin artım müşahidə edilir. Bu işlə məşğul olan şirkətlərin sayı da hər keçən gün artır.

Ens.az-ın "Xəzər Xəbər"ə istinadən məlumatına görə, mütəxəssislər sürücüləri bu ölkələrdən avtomobil seçərkən diqqətli olmağa çağırır. Çünki verilən vədlər heç də hər zaman doğru çıxmır.

Avtomobil ustası Sahil Ağabəyli xaricdən gətirilən avtomobillərlə bağlı tez-tez rastlaşılan problemləri sadalayıb.

Ustanın sözlərinə görə, Koreyadan fərqli olaraq, Amerikadan gətirilən avtomobillərlə bağlı daha dəqiq məlumat verilir. Amma bu avtomobillər də qəzalı və ölkəmizdə detalları baha olduğundan sürücülər üçün əlavə problemə səbəb olur.

Usta deyib ki, sürücülər sifariş verdikləri şirkətlə bütün təffərüatı razılaşdırdıqdan sonra ödəniş etsələr yaxşıdır. Əks halda daha ucuz maşın almaq adı ilə aldana və ikiqat xərcə düşə bilərlər.

Xaricdən gətirilən avtomobillərə sürücülərin münasibəti isə birmənalı deyil.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı milyonçusu Musa Nağıyev öz dostları ilə. Qeyd edək ki, Azərbaycana ilk avtomobili məşhur xeyriyyəçi, mesenat Hacı Zeynalabdin Tağıyev, daha sonra isə Rotşildlər gətirmişdi.

Redaktor seçimi

SON XƏBƏRLƏR