Azərbaycana 2018-ci ildə transfer olunmuş və ölkəni tərk etmiş futbolçuların sayı açıqlanıb
Azərbaycanın 2018-ci ildə transfer əməliyyatlarında 13 klubu iştirak edib.
"Report" xəbər verir ki, bu barədə FIFA-nın 2018-ci ilin yekunlarına dair hesabatında bildirilir. Belə komandaların sayı 2017-ci ildəki analoji göstərici ilə müqayisədə 35% azalıb.
Azərbaycan bu göstəricidə, Konqo DR, Ermənistan, Estoniya, Bəhreyn, Tanzanya və İranla birlikdə 96 - 102-ci yerləri bölüşdürür.
Siyahıya Braziliya başçılıq edir. Cənubi Amerika ölkəsinin 251 klubu transfer əməliyyatlarında iştirak edib. Bu isə ötən illə müqayisədə 1.2 faiz azdır. Almaniya 141 klubla ikinci (1.4% azalma), İspaniya isə 124 klubla (26,5 faiz artım) üçüncü pillədə qərarlaşıb.
Azərbaycan klubları 2018-ci ildə ümumilikdə 77 oyunçu transfer ediblər ki, bu da 2017-ci illə müqayisədə 30% azdır. Ölkə bu nəticə ilə 73-cü yerdədir. Azərbaycandan çıxan oyunçuların sayı isə əvvəlki illə müqayisədə 16 faiz çox - 58 olub. Ölkə bu göstəricidə isə 82 pillədə qərarlaşıb.
Qeyd edək ki, 2018-ci ildə xaricə ən çox oyunçu ixrac edən (832) və futbolçu cəlb edən (677) ölkə Braziliya olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət