Dərc edildi: Baxış sayı: 560
Azərbaycan XİN Yaponiyaya başsağlığı verib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Yaponiyanın Kioto şəhərində animasiya studiyasında baş vermiş yanğın zamanı ölənlərin ailələrinə başsağlığı verib.
Strategiya.az bu barədə XİN-in “Tvitter” səhifəsinə istinadən məlumat verir.
Məlumatda deyilir: “Yaponiyanın Kioto şəhərində animasiya studiyasında baş vermiş yanğında həyatını itirənlərə görə kədərlənirik. Yaponiya xalqına, yanğın zamanı həyatını itirənlərin ailələrinə başsağlığı verir, yaralılara isə şəfa diləyirik”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət