Dərc edildi: Baxış sayı: 498
Azərbaycan XİN uğurlu parlament seçkiləri münasibətilə İranı təbrik edib
Biz İran İslam Respublikasının Hökumətini ölkədə uğurlu parlament seçkiləri keçirməsi münasibətilə təbrik edirik. İnanırıq ki, iki ölkə arasında əməkdaşlıq əlaqələri davam etdiriləcəkdir.
Trend-in məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in sualını cavablandırarakən bildirib.
Qeyd edək ki, bu ilin 21 fevral tarixində İran İslam Şurası Məclisinə seçkilər keçirilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət