Dərc edildi: Baxış sayı: 368
Azərbaycan XİN Türkiyəyə başsağlığı verdi
Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyəyə başsağlığı verib.
Ens.az xəbər verir ki, bu barədə XİN-in X hesabında paylaşım edilib.
“Pəncə-Kilid” antiterror əməliyyatı bölgəsində Türkiyə hərbi qulluqçularının şəhid olması və yaralanması xəbəri bizi dərindən kədərləndirdi. Şəhid olmuş qəhrəman türk əsgərlərinə rəhmət diləyir, qardaş Türkiyəyə və şəhidlərimizin ailələrinə dərin hüznlə başsağlığı veririk", - paylaşımda qeyd olunub.
Qeyd edək ki, yanvarın 12-də İraqın şimalında “Pəncə-Kilid” əməliyyatı bölgəsində Türkiyə ordusunun mövqelərinə terrorçuların hücumu zamanı 9 hərbçi şəhid olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət