Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycan XİN BƏƏ vətəndaşının adını "arzuolunmaz şəxslər" siyahısından çıxarıb

Azərbaycan XİN BƏƏ vətəndaşının adını "arzuolunmaz şəxslər" siyahısından çıxarıb
Sakura

Azərbaycan XİN BƏƏ vətəndaşının adını "arzuolunmaz şəxslər" siyahısından çıxarıb

 Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vətəndaşı İbrahim Ahmed Mohammed Abdalla Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək, adının Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib.

Bu barədə "Report"a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Məktubunda İbrahim Ahmed Mohammed Abdalla 2017-ci ildə Dağlıq Qarabağa səfər etdiyini bildirib və səfərinin doğuracağı nəticələr barədə məlumatlı olmadığını ifadə edib. O, bu səfərin Azərbaycan Respublikasına və xalqına qarşı heç bir halda hörmətsizlik anlamı daşımadığını vurğulayıb.

İbrahim Ahmed Mohammed Abdalla Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə və qanunlarına hörmət etdiyini qeyd edərək, sözügedən səfərlə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini qeyd edib.

Səfərlə əlaqədar təəssüfünü ifadə edərək, İbrahim Ahmed Mohammed Abdalla Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinə səfərin heç bir halda bu bölgədə yaradılmış qondarma rejimin təşviqinə xidmət etmədiyini ifadə edib.

Həmçinin o, gələcəkdə Azərbaycanın işğal edilmiş ərazilərinə səfər etməyəcəyini vurğulayıb. İbrahim Ahmed Mohammed Abdalla gələcəkdə ölkəmizə səfər etməsi üçün icazə verilməsini xahiş edib.

Onun müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının "arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan toyu, Qarabağ, Şuşa, 1965

Redaktor seçimi

SON XƏBƏRLƏR