Slimfit
  1. SİYASƏT

Azərbaycan XİN başçısı: "Ermənistanın “humanitar böhran”, “blokada” iddiaları həqiqəti əks etdirmir"

Azərbaycan XİN başçısı: "Ermənistanın “humanitar böhran”, “blokada” iddiaları həqiqəti əks etdirmir"
Sakura

Azərbaycan XİN başçısı: "Ermənistanın “humanitar böhran”, “blokada” iddiaları həqiqəti əks etdirmir"

"Ermənistanın “humanitar böhran”, “blokada” iddiaları həqiqəti əks etdirmir".

"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov aprelin 4-də Avropa Şurası (AŞ) Bakı ofisinin rəhbəri Petr Zix ilə görüşdə bildirib.

Nazir postmünaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycan tərəfindən işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, bölgədə nəqliyyat və kommunikasiyaların açılması, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində Azərbaycan tərəfindən atılan addımlar barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.

Ermənistan tərəfinin öhdəliklərindən boyun qaçıraraq öz silahlı qüvvələrini Azərbaycan ərazilərindən çıxarmamasının, yalnız humanitar məqsədlər üçün istifadə olunan Laçın yolundan Azərbaycanın təbii sərvətlərinin daşınması, o cümlədən mina təhdidinin davam etdirilməsi məqsədilə istifadə etməsinin regionda sülh və təhlükəsizliyin bərqərar edilməsinə maneə olduğu diqqətə çatdırılıb. Laçın yolu ətrafında Ermənistanın bu kimi qeyri-qanuni fəaliyyətlərinə etiraz edən Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin aksiyasına kölgə salmaq və beynəlxalq ictimaiyyəti yanlış yönləndirməyə hesablanan “humanitar böhran”, “blokada” iddialarının həqiqəti əks etdirmədiyi vurğulanıb.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

General Əliağa Şıxlinski Molla Vəli Vidadinin nəticəsidir.

Redaktor seçimi

SON XƏBƏRLƏR