Slimfit
  1. SİYASƏT

Azərbaycan XİN başçısı: "Ermənistanın hərbi-siyasi təxribatları davam etdirməsi sülh səylərinə xələl gətirir"

Azərbaycan XİN başçısı: "Ermənistanın hərbi-siyasi təxribatları davam etdirməsi sülh səylərinə xələl gətirir"
Sakura

Azərbaycan XİN başçısı: "Ermənistanın hərbi-siyasi təxribatları davam etdirməsi sülh səylərinə xələl gətirir"

"Ermənistanın hələ də öz öhdəliklərini yerinə yetirməməsi, silahlı qüvvələrini tam şəkildə Azərbaycan torpaqlarından çıxarmaması, hərbi-siyasi təxribatları davam etdirməsi sülh səylərinə xələl gətirir.

"Ens.az" “Report”a istinadla  xəbər verir ki, bunu Azərbaycanın xarici işIər naziri Ceyhun Bayramov ABŞ-a səfəri çərçivəsində ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla görüşündə deyib.

Nazir bildirib ki, mövcud çətinlik və çağırışlara baxmayaraq, Azərbaycan normallaşma və sülh gündəliyini irəli aparmaq əzmində və niyyətindədir

Görüşdə Ermənistanın Azərbaycanın daxili məsələsi olan Qarabağ bölgəsinin erməni əsilli sakinlərinin cəmiyyətimizə reinteqrasiyası istiqamətində görülən işlərə müdaxiləsinin qəbuledilməzliyi vurğulanıb. Bu istiqamətdə, Ermənistan tərəfindən Laçın dövlət sərhədindən buraxılış məntəqəsinə qarşı törədilmiş təxribatın Azərbaycanın reinteqrasiya səylərini, o cümlədən erməni sakinlərinin sözügedən məntəqə vasitəsilə şəffaf və sərbəst hərəkətini həzm edə bilməməsinin göstəricisi olduğu qeyd edilib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncəli kişilər məşhur Şah Abbas məscidi qarşısında. 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR