Slimfit
  1. SİYASƏT

Azərbaycan XİN avstraliyalı bəzi rəsmilərin Dağlıq Qarabağdakı qanunsuz rejimin təşviqinə xidmət edən addımlarına münasibət bildirib

Azərbaycan XİN avstraliyalı bəzi rəsmilərin Dağlıq Qarabağdakı qanunsuz rejimin təşviqinə xidmət edən addımlarına münasibət bildirib
Sakura

Azərbaycan XİN avstraliyalı bəzi rəsmilərin Dağlıq Qarabağdakı qanunsuz rejimin təşviqinə xidmət edən…

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva Avstraliyanın bəzi rəsmilərinin ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki qanunsuz separatçı rejimin “nümayəndələri” ilə görüşməsinə dair KİV-in sualını cavablandırıb.

L.Abdullayeva Trend-ə açıqlamasında deyib:

"Məlumat verdiyimiz kimi, son günlərdə Avstraliyanın erməni diaspor təşkilatlarının ölkəmizin işğal edilmiş ərazilərindəki separatçı rejimi təşviq edən fəaliyyəti, eləcə də Avstraliyanın erməni mənşəli rəsmisinin bəyanatları ilə bağlı Xarici İşlər Nazirliyi ciddi şəkildə məşğul olaraq bir sıra tədbirlər görüb. Belə ki, ölkəmizin Avstraliya İttifaqındakı müvəqqəti işlər vəkili tərəfindən Avstraliya Xarici İşlər Nazirliyinə etiraz notası təqdim edilib. Eləcə də Avstraliyanın ölkəmizdəki səfiri ilə Xarici İşlər Naziliyində görüş keçirilərək rəsmi etirazımız Avstraliya səfirinin diqqətinə çatdırılıb. Buna cavab olaraq, Avstraliya XİN-də Azərbaycanın müvəqqəti işlər vəkili ilə keçirilmiş görüş zamanı Avstraliya Federal Hökumətinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləməsi ilə bağlı mövqeyinin dəyişməz olduğu bir daha vurğulanıb. Qarşı tərəf qondarma rejimin “nümayəndələri”nin ermənilər tərəfindən təqdim edilən statusunun rəsmi Kanberra tərəfindən tanınmadığını və onların bu səfərinin şəxsi xarakter daşıdığını söyləyib.

Əlavə olaraq, xarici işlər naziri Elmar Məmmədyarov Avstraliyalı həmkarı Maris Peynə rəsmi məktub ünvanlayıb. Məktubunda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq ictimaiyyətin mövqeyinə, o cümlədən BMT TŞ-nin 1993-cü il tarixli 4 qətnaməsi və beynəlxalq təşkilatların çoxsaylı digər qərar və qətnamələrə istinad edən nazir Elmar Məmmədyarov Avstraliyanın bəzi rəsmilərinin Azərbaycanın hərbi işğal altında olan ərazilərindəki qanunsuz rejimin təşviqinə xidmət edən addımlarının Avstraliya Federal Hökumətinin rəsmi mövqeyi ilə ziddiyyət təşkil etdiyini vurğulayıb və qanunsuz separatçı rejimlərə münasibətdə tanınmış beynəlxalq təcrübəyə uyğun olmayan bu kimi addımların beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizlik olduğunu həmkarının diqqətinə çatdırıb".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Curiosity yeni ərazi üzərində (06.03.2019)

Redaktor seçimi

SON XƏBƏRLƏR