Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycan xarici valyutada olan borclarını milli valyutada olan borclarla əvəz edəcək

Azərbaycan xarici valyutada olan borclarını milli valyutada olan borclarla əvəz edəcək
Sakura

Azərbaycan xarici valyutada olan borclarını milli valyutada olan borclarla əvəz edəcək

“Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən kompleks sosial-iqtisadi islahatlar proqramın vacib tərkib hissələrindən biri dövlət maliyyəsinin idarə edilməsinin təkmilləşdirilməsidir. Bunun vacib elementlərindən biri dövlət borcunun idarə edilməsi ilə bağlıdır”.

Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında maliyyə naziri Samir Şərifov deyib.

“Dövlət borcunun idarə edilməsi ilə bağlı bir sıra tədbirlər həyata keçirilib. O cümlədən 2018-ci ilin büdcə sistemi haqqında qanunvericiliyə edilmiş düzəlişlər hesabına fiskal büdcə qaydası təsdiq olunub. Bundan başqa, dövlət başçısı Azərbaycanın dövlət borcunun idarə edilməsi üzrə uzunmüddətli strategiyanı təsdiqləyib. Məhz bu vacib sənədlər çərçivəsində biz həm dövlət maliyyəsinin, həm də dövlət borcunun idarə edilməsini bundan sonra da həyata keçirəcəyik. Bununla yanaşı şübhəsiz ki, borc sahəsində görülən tədbirlər nəticə verməkdədir. Belə ki, prezidentin qarşımıza qoyduğu xarici borcun ümumi daxili məhsula (ÜDM) olan nisbətin azaldılması barədə tapşırıq mərhələlərlə icra olunmaqdadır. Ötən il xarici valyutada ifadə olunan dövlət borcunun ÜDM-ə nisbəti 5 faiz fəndi azaldılaraq, 24%-dən 19%-ə endirilib. Eyni zamanda biz ölkədə daxili borc bazarının da inkişaf etdirilməsi üzrə tədbirlərin həyata keçirilməsini nəzərdə tuturuq. Ümumiyyətlə bu sahədə bizim əsas vəzifəmiz ondan ibarətdir ki, xarici valyutada ifadə olunmuş borcu azaldaraq daha çox onu milli valyutada olan borcla əvəzləyək. Hesab edirəm ki, bu, bizim borc sahəsində dayanıqlılığımızı xeyli artıracaq və dünya bazarındakı xarici şoklara qarşı müqavimətimizi xeyli möhkəmləndirəcək", - nazir qeyd edib. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan Milli İncəsənət Muzeyinin açılışı. Bakı, 6 may 1937-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR