Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycan xam neftinin Vyetnam zavoduna tədarükü müzakirə olunub

Azərbaycan xam neftinin Vyetnam zavoduna tədarükü müzakirə olunub
Sakura

Azərbaycan xam neftinin Vyetnam zavoduna tədarükü müzakirə olunub

Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov bu ölkənin “Petrovietnam” şirkətinin baş direktorunun müavini Le Manh Hung ilə görüşüb.

Report”un Vyetnam mətbuatına istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycanın Vyetnamdakı Səfirliyinin müşaviri Tamerlan Xəlilov da iştirak edib. Vyetnam tərəfindən isə görüşdə “Petrovietnam” Şirkətlər Qrupuna daxil olan “Binh Son Oil Refining and Petrochemical Corporation” (BSR) və “Oil Corporation Vietnam” (PVOIL) şirkətlərinin sədrləri iştirak ediblər.

“Pertovietnam” şirkətinin rəsmisi səfiri Vyetnam və Azərbaycan arasında əlaqələrin inkişaf etdirilməsi, xüsusilə də  “Petrovietnam” və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlıq münasibətlərinin yaxşılaşdırılmasına göstərdiyi səylərə görə təşəkkür edib.

Görüş zamanı həmçinin Azərbaycan və Vyetnam arasında iqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın bu ilin iyun ayında Bakıda keçirilən 2-ci iclasının uğurlu olduğunu vurğulayıblar.

Le Manh Hung həmçinin səfir A. İmanovu iki ölkə arasındakı Hökumətlərarası Komissiyanın İşçi Qrupunun 5 sahədə fəaliyyəti barədə məlumatlandırıb. Şirkət rəsmisi bildirib ki, bura axtarış, kəşfiyyat, hasilat və əsasən də neft və qazın kəşfiyytı daxildir.

O qeyd edib ki, Vyetnam və Azərbaycan arasında dostluq münasibətləri Vyetnam Prezidenti Xo Şi Minin 1959-cu ildə Azərbaycana səfəri və Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 1983-cü ildə Vyetnama rəsmi səfərlərindən başlayıb və möhkəmlənib.

Səfir A. İmanov Azərbaycanın “Petrovietnam” şirkəti və onun nümayəndəliyi ilə münasibətlərinin uğurlu olduğunu qeyd edib. Səfir əminliyini bildirib ki, yaxın zamanlarda “Petrovietnam” və SOCAR arasında neft sektorunda, xüsusilə xidmətlər sahəsində əməkdaşlıq genişlənməkdə davam edəcək. O,  gələcəkdə Azərbaycanda neft və qazın kəşfiyyat və istismarına qatılmasının “Petrovietnam” şirkəti üçün körpü olacağını bildirib.

Görüş zamanı tərəflər Azərbaycan xam neftinin Vyetnamdakı “Dang Kvat” neft emalı zavodunda emal edilməsi üçün tədarük edilməsi ilə bağlı bir sıra məsələri müzakirə ediblər. Hər iki tərəf Azərbaycandan Vyetnama neft və neft-qaz avadanlıqlarının ixracı ilə bağlı çətinlikləri müzakirə ediblər. Bunu nəzərə alaraq, səfir bir sıra tədbirlərin həyata keçiriləcəyini qeyd edib və bu məhsulların realizasiyası üçün “Petrovietnam” şirkətinə və onun Azərbaycandakı tərəfdaşlarına dəstək olacağını bildirib. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ilk saç feni

Redaktor seçimi

SON XƏBƏRLƏR