Azərbaycan xalqı Xocalı qurbanlarının xatirəsini anır
Bu gün ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımının 27 ili tamam olur.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə - azərbaycanlılara qarşı soyqırımı törədib.
Xocalı soyqırımı zamanı 106-sı qadın, 63-ü uşaq, 70-i yaşlı insan olmaqla, 613 nəfər şəhid olub, daha 478 nəfər yaralanıb, 1275 nəfər isə əsir götürülüb. 150 nəfərin taleyi hələ də naməlumdur.
Bəşər tarixində ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar fevralın 26-da Bakıda ümumxalq yürüşü keçirilib.
Yürüşdə Azərbaycan prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri yürüşdə iştirak ediblər.
Oxu.Az Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar təşkil edilmiş ümumxalq yürüşündən fotoreportajı təqdim edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət