Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycan Xalq Cümhuriyyəti - Fotolarda

Azərbaycan Xalq Cümhuriyyəti - Fotolarda
Sakura

Bu il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsinin 100 illik yubileyidir. BBC Azərbaycanca…

AXC parlamentinin birinci iclasının açılışı. Bu il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsinin 100 illik yubileyidir.

28 may 1918-ci il suverenliyi haqqında bəyənnamə. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 2 ildən sonra süquta uğrasa da, ölkə tarixinin ən mühüm hadisələrindən biri sayılır.

AXC Nazrilər Şurasının sədri və daxili işlər naziri vəzifələrini icra etmiş Fətəli Xan Xoyski. 1875-ci ildə doğulan Xoyski ADR-nin (Azərbaycan Demokratik Respublikası) yaradıcılarından biridir. O, Zaqafqaziya Federativ Respublikası hökumətində maarif naziri, Milli Hökumətin birinci və üçüncü kabinetlərində baş nazir, beşinci kabinetində isə xarici işlər naziri vəzifəsini tutub. Xoyski türk (Azərbaycan) dilinin dövlət dili elan edilməsi haqqında 27 iyun 1918-ci il tarixli qərara imza atıb. O, 1920-ci ildə qətlə yetirilib.

Məmməd Əmin Rəsulzadə - Müsavat partiyasının lideri, AXC Milli şurasının sədri.

Əlimərdan bəy Topşubaşov - AXC hökumətinin üzvü və parlamentin sədri. Paris sülh konfransına getmiş nümayəndə heyətinin üzvü.

Həsən bəy Ağayev Müsavat partiyasının üzvü olub. 1918-ci ildə ADR parlament sədrinin ilk müavini seçilir. Qafqazda kifayət qədər nüfuzlu şəxs sayılıb və Azərbaycanı Şimali Qafqaz Dağlılar qurultayında təmsil edib. O, 1919-cu ildə vəzifəsinə yenidən seçilə bilmir və Məmməd Yusif Cəfərov onun yerinə sədr müavini olur.

Məmməd Yusif Cəfərov da Qafqazdakı nüfuzlu siyasi xadimlərdən biri idi. O, Milli Şuraya daxil olmuşdu. Rusiya Müəssislər Məclisinə keçirilən seçkilərdə uğur qazanmışdı. Həsən bəy Ağayevdən sonra ADR parlamentinin sədrinin birinci müavini vəzifəsinə seçilir. Bundan başqa cumhuriyyət dövründə o, müxtəlif vaxtlarda daxili və xarici işlər naziri vəzifələrində də olub.

AXC parlamentinin iclasından foto. Birinci sırada ADR-in Milli Şurasının sədri Məmməd Əmin Rəsulzadə əyləşib.

Azərbaycan nümayəndə heyəti üzvlərinin Paris sülh konfransı günlərində iclası.

Səməd bəy Mehmandarov, hərbi və dövlət xadimi, artilleriya generalı olub. 15 fevral 1918-ci ildən 27 aprel 1920-ci ilə qədər Milli Hökumətin hərbi naziri vəzifəsini icra edib.

Əli Ağa Şıxlınski - Rusiya İmperiyası ordusunda general-leytenant, Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi nazirinin müavini 1917

AXC ordusunun zabit və əsgərləri.

Gəncə yunkerlər məktəbinin zabit və kursantları.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ilk saç feni

Redaktor seçimi

SON XƏBƏRLƏR