Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycan vətəndaşlığına qəbul edilmiş şəxslərin andiçmə mərasimi olub

Azərbaycan vətəndaşlığına qəbul edilmiş şəxslərin andiçmə mərasimi olub
Sakura

Azərbaycan vətəndaşlığına qəbul edilmiş şəxslərin andiçmə mərasimi olub

74 nəfər dövlət bayrağı qarşısında təntənəli şəraitdə and içib.

Prezident İlham Əliyevin 74 nəfərin Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsi barədə imzaladığı Sərəncamın icrası çərçivəsində Dövlət Miqrasiya Xidmətində (DMX) həmin şəxslərin təntənəli andiçmə mərasimi keçirilib.

DMX-dən AzNews.az-a bildiriblər ki, qurumun rəisi Vüsal Hüseynov tədbir iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edib. Xidmət rəisi bildirib ki, Azərbaycan vətəndaşlığını əldə etmək şərəfinə nail olmaq istəyənlərin sayında ildən-ilə artım müşahidə olunur. Prezident İlham Əliyevin rəhbərliyi ilə tolerant və multikultural, təhlükəsiz ölkə kimi tanınan Azərbaycan bu gün dünya dövlətləri sırasında sosial, iqtisadi, siyasi, mədəni, bir sözlə, bütün sahələrdə dinamik inkişafı ilə fərqlənir. Məhz bu səbəbdən də Azərbaycanın tam hüquqlu vətəndaşı olmaq həqiqətən də böyük fəxr və xoşbəxtlikdir.

Xidmət rəisi milli-mənəvi dəyərlərimizi, qədim tarixi keçmişimizi, zəngin adət və ənənələrimizi özündə təcəssüm etdirən, qarşıdan gələn Novruz bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edib.

Sonra Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunan 74 nəfər dövlət bayrağı qarşısında Konstitusiyaya əl basaraq ölkəmizə sadiq olacaqları barədə Azərbaycan dilində təntənəli şəraitdə and içiblər.

Tədbir Azərbaycan Respublikasının dövlət himninin ifa edilməsi ilə başa çatıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyanın ən bahalı evini Frenk Bakli tikib. İrland dizayneri tikinti materialı əvəzinə puldan istifadə edib

Redaktor seçimi

SON XƏBƏRLƏR