Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycan vətəndaşlarının müqəddəs yerlərə ziyarətlərinin təşkili qanunvericiliklə tənzimlənəcək

Azərbaycan vətəndaşlarının müqəddəs yerlərə ziyarətlərinin təşkili qanunvericiliklə tənzimlənəcək
Sakura

Azərbaycan vətəndaşlarının müqəddəs yerlərə ziyarətlərinin təşkili qanunvericiliklə tənzimlənəcək

Azərbaycan vətəndaşlarının xarici ölkələrdəki müqəddəs yerlərə ziyarətlərinin təşkili qanunvericiliklə tənzimlənəcək.

Bunu “Report”a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

O bildirib ki, bununla bağlı təkliflər irəli sürülüb: “Təkliflər arasında qiymət, otelə yerləşmə, yaradılan şəraitin formaları məsələsi əksini tapıb. Bilirsiniz ki, Azərbaycan vətəndaşları hər il xarici ölkələrdə müqəddəs yerləri ziyarət etmək üçün gedirlər. Onlar oradan necə qayıdır, əsas məsələ budur... Yəni müxtəlif qruplar bu səfərləri təşkil edir. Təşkilatçılar onları necə aparırlar, ziyarətçilər orada kimlərlə təmasda olurlar, beyinlərinə nə doldururlar, ziyarətdən başqa nə ilə məşğul olurlar? Həmin səfərin iştirakçılarının özləri də bildiriblər ki, orada onlara müxtəlif təkliflər edilib. Burada yalnız müsəlman ziyarətgahlarından söhbət getmir. Tutaq ki, kimsə xarici ölkəyə turistik səfər edirsə, bu, başqa məsələdir.Müqəddəs yerlərə ziyarətə getmə isə tamam başqa məsələdir. Müəyyən problemlər var, bununla əlaqədar addımlar atılacaq. Yəqin ki, yeni qanun qəbul ediləcək. “Turizm haqqında” qanuna da dəyişikliklərin edilməsi nəzərdə tutulur”.

S.Novruzov qeyd edib ki, bu məsələ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi və idiyyatı olan digər dövlət qurumları ilə müzakirə ediləcək. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Winston Churchill, " Lawrence" və Əmir Abdullah Qüds. Gizli konfrans və 104 illik xaos

Redaktor seçimi

SON XƏBƏRLƏR