Slimfit
  1. İDMAN

Azərbaycan velosipedçisi Türkiyədə ikinci yeri tutub

Azərbaycan velosipedçisi Türkiyədə ikinci yeri tutub
Sakura

Azərbaycan velosipedçisi Türkiyədə ikinci yeri tutub

Türkiyənin Edirne şəhərində Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 1.2 kateqoriyalı “Fatih Sultan Mehmet Kırklareli” turu başa çatıb. 

"Report" xəbər verir ki, 130 km-lik marşrutu ilk 3 pillədə başa vuranlar arasında Azərbaycan yığma komandasının üzvü Samir Cəbrayılov da var. Məsafəni 3 saat, 9 dəqiqə, 36 saniyəyə bitirən Cəbrayılov fotofinişə əsasən, 2-ci nəticə göstərib.  Yığmanın digər üzvü Elçin Əsədov da lider qrupun içində yer alıb və 5-ci yeri tutub.

Beləliklə, Cəbrayılovun 2-ci, Əsədovun isə 5-ci yeri Azərbaycan yığma komandasının aktivinə Tokio-2020 Yay Olimpiya Oyunları üçün daha 45 xal (30+15) qazandırıb. Bu yarışdan bir gün öncə təşkil edilən “Fatih Sultan Mehmet Edirne” turunda Cəbrayılov 2-ci,  Əsədov isə 6-cı olmaqla reytinqimizi daha 40 xalla (30+10) zənginləşdirmişdi.

İki gün ərzində 85 lisenziya xalı qazanan yığma komanda Beynəlxalq Velosipedçilər İttifaqının Olimpiya reytinqində xallarını 836-ya çatdırıb və 5 pillə irəliləməklə Olimpiya reytinqində 114 ölkə arasında 44-cü yerə qalxıb.

Türkiyə yarışlarını uğurla başa vuran milli komandanın növbəti sınağı Malayziyada olacaq. Baş məşqçi Əbülfəz Məmmədovun rəhbərliyi altında Elçin Əsədov, Samir Cəbrayılov, Musa Mikayılzadə, Mikayıl Səfərli və Mahmud Məmmədovdan ibarət yığma oktyabrın 15-19-da 5 mərhələdən ibarət 2.1 kateqoriyalı “Peninsula” turunda iştirak edəcək.

Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının reqlamentinə əsasən, olimpiadaya lisenziya xalları verən yarışlar 2019-cu ilin oktyabr ayının 22-dək davam edəcək və reytinqin ilk 50 pilləsində yer alacaq ölkələr Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak hüququ qazanacaqlar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR