Azərbaycan velosipedçisi “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xalları qazanıb
Türkiyədə Beynəlxalq Velosipedçilər İttifaqının 3 mərhələdən ibarət 2.2 kateqoriyalı “Qara dəniz turu” start götürüb.
AZƏRTAC xəbər verir ki, yarışda baş məşqçi Əbülfəz Məmmədovun rəhbərliyi altında heyəti Elçin Əsədov, Samir Cəbrayılov, Mahmud Məmmədov, Kərim Şirəliyev və Mikayıl Səfərlidən ibarət yığma komandamız da mübarizə aparır.
Veloturun 120 kilometrlik birinci mərhələsi komandamız üçün uğurlu alınıb. Belə ki, Samir Cəbrayılov finişi ikinci, Elçin Əsədov isə altıncı keçib. Bundan başqa, Elçin Əsədov bu mərhələdəki iki aralıq sprint finişindən birini də götürməyə nail olub.
Mərhələni ikinci bitirən Samir Cəbrayılov bununla həm də “Tokio 2020” Yay Olimpiya Oyunları üçün ölkəmizin aktivinə daha 3 lisenziya xalı qazandırıb.
Xatırladaq ki, mayın əvvəlində Türkiyədə keçirilən digər yarış - “Tour of Mesopotamia”da Elçin Əsədov ümimi təsnifatda 10-cu olmaqla 3 reytinq xalı qazanmışdı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət