Azərbaycan velosipedçisi “Dentergem” turunun qalibi olub
Azərbaycanın şosse velosipedi üzrə Elit yığmasının və “Baku Cycling Project” kontinental komandasının üzvü Kiril Pozdnyakov Belçikada keçirilən nüfuzlu “Dentergem” turunun qalibi olub.
“Report” xəbər verir ki, 169,6 km-dən ibarət olan və 110 velosipedçinin iştirak etdiyi birgünlük yarış Pozdnyakovun solo-finişi ilə yadda qalıb.
Ötən ay Azərbaycan çempionatının qalibi olmuş idmançı çempion köynəyi ilə mübarizə apardığı ilk yarışda məsafəni 3 saat 45 dəqiqə 30 saniyəyə başa vurub. O, ən yaxın izləyicisini 11 saniyə qabaqlayıb.
Qeyd edək ki, 1954-cü ildən təşkil edilən “Dentergem” turu Belçikanın ən nüfuzlu yarışlarından sayılır. Müxtəlif illərdə planetin ən güclü velosipedçiləri bu yarışın qalib və mükafatçısı olub.
Mənbə: Report.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət