Azərbaycan və Türkiyə arasında peşə təhsili sahəsində əməkdaşlığa dair protokol imzalanıb
Azərbaycan və Türkiyənin təhsil nazirləri Emin Əmrullayevlə Ziya Səlcuk arasında protokol imzalanıb.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki,bu barədə Təhsil naziri Emin Əmrullayev "Facebook" səhifəsində paylaşım edib.
“Bu gün Ankarada Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Türkiyə Respublikasının vitse-prezidenti cənab Fuat Oktayın iştirakı ilə İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclası çərçivəsində iki ölkə arasında peşə təhsili sahəsində əməkdaşlığı özündə ehtiva edən Protokolu həmkarım milli təhsil naziri Ziya Səlcukla imzaladıq. Göstərdiyi xüsusi diqqətə görə Ziya bəyə minnətdarlığımı bildirirəm”, - deyə nazir qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət