Slimfit
  1. ELM

Azərbaycan və Tatarıstan alimləri birgə tədqiqatlar aparacaqlar

Azərbaycan və Tatarıstan alimləri birgə tədqiqatlar aparacaqlar
Sakura

Azərbaycan və Tatarıstan alimləri birgə tədqiqatlar aparacaqlar

atarıstan Respublikası Elmlər Akademiyasının (TREA) vitse-prezidenti, Rusiya EA-nın akademiki Daniya Zaqidullina və TREA-nın Q.İbrahimov adına Dil, Ədəbiyyat və İncəsənət İnstitutunun direktoru, Rusiya EA-nın müxbir üzvü Kim Minnullin AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olublar.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, qonaqlar elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov ilə görüşüblər. Söhbət zamanı tərəflər iki ölkənin alimləri və elmi müəssisələri arasında əlaqələrin genişləndirilməsi, birgə araşdırmaların həyata keçirilməsi, dissertant və doktorant mübadiləsi zərurətindən danışıb, gələcək müştərək layihələr barədə müzakirələr aparıblar. Qonaqlar əlyazmalar sərgisi ilə tanış olublar.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əyləncə, 1928-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR