Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycan və Rusiyanı dostluq və qarşılıqlı hörmət ənənələri birləşdirir

Azərbaycan və Rusiyanı dostluq və qarşılıqlı hörmət ənənələri birləşdirir
Sakura

Azərbaycan və Rusiyanı dostluq və qarşılıqlı hörmət ənənələri birləşdirir

Ölkələrimiz arasında olan mehriban, bərabərhüquqlu qonşuluq əlaqələri ilk növbədə xalqlarımızın maraqlarına cavab verir. Rusiya və Azərbaycan tarixini uzun əsrlər bağlayır. Azərbaycan xalqı rus xalqı ilə bərabər dünyanı faşizmdən müdafiə edib. Sovet İttifaqı dövründən çox sayda azərbaycanlı siyasi, elmi-texniki, mədəni həyatın inkişafına qiymətsiz töhfələr verib.

Bunun bariz nümunələrindən biri tanınmış geoloq Fərman Salmanovdur. Sevinc hissi ilə bu faktı qeyd etməliyəm ki, bu yaxınlarda Rusiyada “Rusiyanın böyük adları” layihəsi çərçivəsində 47 Rusiya aeroportunun adlarının dəyişdirilməsi ilə bağlı səsvermə keçirilib.

Ötən ilin sonunda Rusiya Federasiyasının İctimai Palatası səsvermənin nəticələrini açıqlayıb. İkinci adın veriləcəyi aeroportların siyahısında Surqut aeroportu da yer alır. Bu hava limanına “yuxarıların” göstərişinin əksinə gedərək, Qərbi Sibirdə neft axtaran və böyük uğura nail olub, Moskvaya, politbüroya “Neft tapdım! Salmanov” teleqramını vuran azərbaycanlı geokəşfiyyatçı Fərman Salmanovun adının verilməsi təklif olunub.

Qeyd edim ki, Surqutdakı səsvermədə 71 mindən çox insan iştirak edib. Heç şübhəsiz, namizədlər arasında öndə Fərman Salmanov olub (58%).

Ancaq təəssüflər olsun ki, yaxın günlərdə, Rusiyanın Federal Məclisinin Federasiya şurasının üzvü, Tuva senatoru Lyudmila Narusova “Exo Moskva” radiostansiyasının efirində aeroportlara adların verilməsi ilə bağlı narazılığ ifadə edib, xüsusilə Surqut hava limanına böyük geoloq Fərman Salmanovun adının verilməsindən giley-güzar edib:

“Şermetyevo və ya Domodedovoya nələrisə əlavə etmək nəyə lazımdır axı?! Hələ onu demirəm, Sibirin hansısa şəhərinə, yanılmıramsa, Surqut (aeroportuna) orada neft yatağı kəşf edən hansısa azərbaycanlı Süleyman ibn filankəsin adını veriblər”, - deyə senator bildirib.

Senator Rusiyanı Federasiya Şurasının konstitusiya qanunvericiliyi və dövlət quruculuğu üzrə komitəsinin üzvünün, tarix elmləri namizədi, dosent xanım Narusovanın Fərman Salmanovu tanımaması və onun Rusiya üçün gördüyü işlərdən xəbərsiz olması, əlbəttə ki, təəssüf doğurur.

Mənim fikrimcə, özündən sonra tarixi iz qoymuş insanların adlarının çəkilməsi böyük qürur verir. Ona görə öz həmkarıma Fərman Salmanovun kim olduğunu xatırlatmaq və balaca arayış vermək istərdim ki, Fərman Salmanov Qərbi Sibirdə neft və qaz yataqlarının aşkar edilməsinin iştirakçısıdır, Sosialist əməyi qəhrəmanıdır, geoloji-mineraloji elmlər doktorudur, Rusiya Elmlər Akademiyasının müxbir üzvüdür, Rusiya federasiyasının əməkdar geoloqudur, Xantı-Mansiysk və Yamalo-Nenetskiy müxtar vilayətlərinin, Surqut şəhərinin, Texas ştatının (ABŞ) və Szinçjou şəhərinin (Çin) fəxri vətəndaşıdır.  

Qərbi Sibirdə 30 ildən artıq işlədikdən sonra o, Tümendə 150-yə yaxın “qara qızıl” və “mavi yanacaq” yataqlarının kəşf edilməsində öndər və iştirakçı olub.

1987-1991-ci illər arasında SSRİ geologiya nazirinin birinci müavini olub. O, 160-dan çox elmi məqalənin və 10 monoqrafiyanın müəllifi olub. 2008-ci ildə Surqutun 3 saylı gimnaziyasına F.K.Salmanovun adı verilib.  

F.Salmanovun xatirəsinə Moskva, Bakı, Surqut, Salexard, Tümen, Xantı-Mansiysk, Qornopravdinsk şəhərlərində onun heykəlləri və büstləri ucaldılıb. Fərman Salmanovun həyat hekayələri və şəxsiyyəti “Riskin strategiyası” və “Sibiriada” bədii filmlərinin də əsasını təşkil edib.

Düşünürəm ki, bu qədər fakt onun ölkənin inkişafına sərf etdiyi əməyi qeyd etməyə yetərlidir. Ümumilikdə, hörmətli Nurusova, hava limanlarının dünya tarixinə öz əməyini sərf edən böyük insanların adlarını daşıması dünyada qəbul edilmiş bir praktikadır.

Sevinc Hüseynova - Milli Məclisin deputatı, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlan özünün dili ilə ətraf mühitdən hissəciklər toplayır və onları ağız boşluğuna "analiz etmək" üçün göndərir. Bu prosedur ona qurbanını izləməyə və təhlükəni hiss etməyə kömək edir.

Redaktor seçimi

SON XƏBƏRLƏR