Dərc edildi: Baxış sayı: 322
Azərbaycan və Rusiya gömrük orqanları anlaşdı
Tacikistanın paytaxtı Düşənbə şəhərində Müstəqil Dövlətlər Birliyi üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 68-ci iclası çərçivəsində 2017-ci il iyunun 14-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası - Rusiya Federasiyası arasında keçirilən mallar və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsinin təşkilinə dair Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Rusiya Federasiyası Federal Gömrük Xidməti arasında Protokol" çərçivəsində məlumat mübadiləsinin Texniki şərtləri imzalanıb.
Komitədən AzVision.az-a verilən məlumata görə, sənədi Azərbaycan Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru İqbal Babayev və Rusiya Federal Gömrük Xidmətinin rəhbəri Vladimir Bulavin imzalayıblar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət