Dərc edildi: Baxış sayı: 610
Azərbaycan və Qətər arasında yeni saziş layihələri hazırlanır
“Azərbaycan və Qətər arasında müxtəlif əməkdaşlıq sahələrini əhatə edən 32 saziş və anlaşma memorandumu imzalanıb. Bu razılaşmalar bütün perspektivli sahələrdə əməkdaşlığı əhatə edir”.
“Report” xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər nazirinin müavini Mahmud Məmmədquliyev Qətərin “The Peninsula” nəşrinə müsahibəsində deyib.
O bildirib ki, hazırda tərəflər qida təhlükəsizliyi, gömrük, turizm və biznes, baytarlıq və qısa müddətə səfər zamanı viza rejiminin sadələşdirilməsi sahələrində əməkdaşlığı əhatə edəcək saziş layihələri üzərində işləyirlər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət