Dərc edildi: Baxış sayı: 556
Azərbaycan və Özbəkistan iqtisadi əlaqələri genişləndirir
İqtisadiyyat naziri Şahin Mustafayev bu gün Özbəkistana səfər edəcək.
Bu barədə “Report”a İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev məlumat verib.
Onun sözlərinə görə, Ş.Mustafayev ilə yanaşı, kənd təsərrüfatı naziri İnam Kərimov, “Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov da Özbəkistana gedəcəklər.
“Özbəkistanda bir sıra görüşlər keçiriləcək. İqtisadi əlaqələrin inkişafı istiqamətləri, nəqliyyat-tranzit sahəsində əlaqələrin genişləndirilməsi məsələləri müzakirə ediləcək", - nazirlik rəsmisi qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət