Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycan və Özbəkistan arasında onlayn biznes-forum keçirilib

Azərbaycan və Özbəkistan arasında onlayn biznes-forum keçirilib
Sakura

Azərbaycan və Özbəkistan arasında onlayn biznes-forum keçirilib

Azərbaycanın “Caspian Event Organisers” şirkətinin və Özbəkistanın İnvestisiya və Xarici Ticarət Nazirliyi yanında İxracın Təşviqi Agentliyinin birgə təşkilatçılığı ilə “Made in Uzbekistan” onlayn biznes forumu öz işinə başlayıb. Biznes forumun ilk günündə hər iki ölkənin dövlət qurumlarının nümayəndələri, müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.

Ens.az  bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, forumda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) departament rəhbəri Zöhrab Qədirov Azərbaycanın biznes və investisiya mühiti, ixrac imkanları barədə məlumat verib, Özbəkistan iş adamlarını ölkəmizdəki əlverişli işgüzar şəraitdən yararlanmağa, əlaqələri genişləndirməyə dəvət edib.

Qeyd edək ki, “Made in Uzbekistan” onlayn biznes forumu iyunun 12-dək davam edəcək. Forum çərçivəsində kənd təsərrüfatı, qida sənayesi, maşınqayırma və s. sahələrdə fəaliyyət göstərən sahibkarların onlayn görüşləri təşkil ediləcək.

Mənbə:

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

San Fransiskoda yerləşən bir şirkətin laboratoriyada toyuq tükündən hazırladığı toyuq əti

Redaktor seçimi

SON XƏBƏRLƏR