Slimfit
  1. SİYASƏT

Azərbaycan və Monteneqro XİN başçıları regional məsələləri müzakirə ediblər

Azərbaycan və Monteneqro XİN başçıları regional məsələləri müzakirə ediblər
Sakura

Azərbaycan və Monteneqro XİN başçıları regional məsələləri müzakirə ediblər

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının 30-cu iclası çərçivəsində Monteneqronun xarici işlər naziri Filip İvanoviç ilə görüşüb.

Ens.az-ın məlumatına əsasən,bu barədə "Report"a XİN-dən məlumat verilib.

Görüşdə iki ölkə arasında əməkdaşlığın perspektivləri, habelə regional təhlükəsizlik məsələləri müzakirə olunub.

Azərbaycan və Monteneqro arasında diplomatik münasibətlərin qurulmasından ötən 15 il ərzində iki ölkənin dostluq və əməkdaşlığa əsaslanan əlaqələr qurduğunu diqqətə çatdıran nazir Ceyhun Bayramov, bu istiqamətdə qarşılıqlı səfər və təmasların, siyasi məsləhətləşmələrin intensivləşməsinin əhəmiyyətli rol oynadığını qeyd edib.

İki ölkə arasında müxtəlif sahələr, o cümlədən iqtisadi, ticarət, enerji təhlükəsizliyi, nəqliyyat, investisiyalar, turizm, təhsil, humanitar və s. istiqamətlər üzrə əməkdaşlığın daha da inkişafı üçün potensialın mövcud olduğu, bu istiqamətdə münasibətlərin inkişaf perspektivlərinin müzakirəsi, habelə müqavilə-hüquq bazasının genişləndirilməsi üçün siyasi məsləhətləşmələr mexanizmindən istifadənin vacibliyi vurğulanıb.

Nazir Filip İvanoviç, Monteneqronun Azərbaycan ilə münasibətlərin daha da inkişafı istiqamətində mövcud potensialdan istifadə olunmasında maraqlı olduğunu, bu istiqamətdə qarşılıqlı dialoqun davam etdirilməsinin zəruri olduğunu bildirib.

 

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər müzakirə olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sahildə maraqlı tavanı olan kafe

Redaktor seçimi

SON XƏBƏRLƏR