Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycan və Küveytin ali audit qurumları əməkdaşlıq haqqında sazişi yeniləyib

Azərbaycan və Küveytin ali audit qurumları əməkdaşlıq haqqında sazişi yeniləyib
Sakura

Azərbaycan və Küveytin ali audit qurumları əməkdaşlıq haqqında sazişi yeniləyib

 Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə nümayəndə heyəti Küveyt Dövlət Auditi Bürosunun Prezidentinin vəzifəsini icra edən Adel Al-Saravinin dəvəti ilə Küveytə səfərdə olub.

Report”un Palataya istinadən verdiyi xəbərə görə, səfər Azərbaycan Hesablama Palatası və Küveyt Dövlət Auditi Bürosu arasında əməkdaşlığın hər iki Ali Audit Qurumu üçün aktual sahələr üzrə daha da genişləndirilməsi məqsədini daşıyıb.

Adel Al-Saravi cari görüşün hər iki qurumun potensialının artırılması istiqamətində verəcəyi töhfəyə əmin olduğunu bildirib.

Azərbaycan nümayəndə heyətinin rəhbəri Vüqar Gülməmmədov Azərbaycan dövlət maliyyə idarəetmə sistemi, Hesablama Palatasının fəaliyyətini tənzimləyən qanunvericiliyin formalaşma tarixçəsi və AAQ-ı qarşısında duran hədəf və çağırışlar barədə məlumat verib.

Hesablama Palatasının nümayəndə heyəti Palatanın fəaliyyəti, həmçinin, beynəlxalq əməkdaşlıq çərçivəsi və həyata keçirilən tvinninq layihəsinə dair təqdimatlar ilə çıxış ediblər. Azərbaycan AAQ-ının dövlət büdcəsinin layihəsinə dair verdiyi Rəy və onun hazırlanması metodologiyası Küveyt tərəfinin xüsusi marağına səbəb olub. Görüşdə iştirak edən Küveyt DAB-ının rəhbərliyi sözügedən sahə üzrə Azərbaycan təcrübəsinin tətbiq etmək niyyətini və bununla əlaqədar əlavə müzakirə və görüşlərin keçirilməsinin vacibliyini vurğulayıb.

Bvundan başqa, Azərbaycan AAQ-nın nümayəndə heyətini Küveytin Milli Asambleyasının (Parlamentinin) spikeri Marzuq Ali Al-Qanim qəbul edib. Görüş zamanı Marzuq Al-Qanim Azərbaycan və Küveyt arasında ölkə və qurumlar səviyyəsində dostluq münasibətlərinin cari vəziyyəti və onların daha da inkişaf etdirilməsinin əhəmiyyəti barədə fikirləri ilə bölüşüb.

Səfər çərçivəsində Azərbaycan Hesablama Palatası və Küveyt Dövlət Audit Bürosu arasında 2020-2023-cü illər əhatə edən dövrdə əməkdaşlıq çərçivəsini müəyyən edəcək İş planının müzakirəsi ilə başlanıb. İş planına illik bölgü əsasında ekoloji audit, dövlət borcunun auditi, dövlət satınalmalarının auditi və informasiya texnologiyalarının auditi kimi mövzuları əhatə edən silsilə tədbirlər daxil edilib.

13 fevralda ikigünlük səfərin yekunu olaraq Azərbaycan Hesablama Palatası və Küveyt Dövlət Audit Bürosu arasında 2006-cı ildə bağlanılmış əməkdaşlığa dair ikitərəfli sazişin yenilənərək imzalanması keçirilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Mola Pənah Vaqif və Molla Vəli Vidadi quda olmuşlar. Belə ki, Vidadinin iki oğlu Vaqifin iki qızı ilə ailə qurub.

Redaktor seçimi

SON XƏBƏRLƏR