Slimfit
  1. TARİX

Azərbaycan və Koreya alimləri Qəbələdə arxeoloji tədqiqatlar aparır

Azərbaycan və Koreya alimləri Qəbələdə arxeoloji tədqiqatlar aparır
Sakura

Azərbaycan və Koreya alimləri Qəbələdə arxeoloji tədqiqatlar aparır

Bu ilin avqust ayından etibarən AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu və Seul Milli Universitetinin (Koreya) birgə əməkdaşlığı çərçivəsində Qəbələ rayonu ərazisində yerləşən Səlbir antik və orta əsrlər yaşayış yerində aparılan arxeoloji tədqiqatlar davam etməkdədir. AMEA-dan SİA-ya verilən xəbərə görə, arxeoloji tədqiqatlara Azərbaycan tərəfindən Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, Qəbələ antik və ilk orta əsrlər arxeoloji ekspedisiyasının rəhbəri Ceyhun Eminli, Koreya Respublikası tərəfindən Seul Milli Universitetinin professoru Yonq İl Kim rəhbərlik edirlər.

C.Eminlinin sözlərinə görə, arxeoloji tədqiqatlar Səlbir ərazisinin iki qazıntı sahəsində aparılır və tədqiqatlar zamanı yaşayış yerinin cənub-qərb kənarında üst mədəni təbəqəyə aid iri yaşayış binası aşkar edilib. Yaşayış binası və onun həyəti geniş bir ərazini əhatə edir. Bünövrəsi çay daşından qurulub və divarları bişmiş kərpiclərlə ucaldılan bina güclü dağıntılara məruz qalıb. Binanın içərisindən aşkar edilən xeyli inşaat bəzəkləri, əsasən evin otaqlarının əhəng tərkibli suvaq qatı və müxtəlif formalı yapma bəzək detalları ilə tərtib olunduğunu göstərir. Əhəng tərkibli suvaq qatı üzərindəki zəif müşahidə olunan rənglərə əsasən evin iç divarlarının müxtəlif bəzək elementləri ilə naxışlandığını da söyləmək olar. XII-XIII əsrlər arasında mövcud olan binada müsəlman qəbirləri də aşkar edilib.

Arxeoloji tədqiqatlar Səlbir yaşayış yerinin mərkəzi hissələrinə yaxın yerində də davam etdirilir ki, burada kiçik su anbarının olması ehtimal olunur. Qazıntılar zamanı müxtəlif təyinatlı quyular, təsərrüfat anbarı, ocaq qurğuları və şirli qabların bişirilməsi üçün nəzərdə tutulan dulus kürəsinin hissələri də aşkar edilib. Qazıntı sahəsində son antik və orta əsrlərə aid xeyli saxsı, şüşə və daş məmulatı toplanıb. Ərazidə arxeoloji tədqiqatlar sentyabr ayının əvvəllərinədək davam etdiriləcək.

Qeyd edək ki, Səlbir yaşayış yerində Azərbaycan-Koreya birgə arxeoloji tədqiqatları SEBA (Seul-Bakı), Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşəbbüsü ilə 2009-cu ildən etibarən təşkil olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əhməd Cavadın 1914 cü ildə Gəncə şəhərində yazdığı "Çırpınırdı Qara dəniz" şeirinin orjinal mətni

Redaktor seçimi

SON XƏBƏRLƏR