Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycan və İran xarici işlər nazirlərinin görüşü olub

Azərbaycan və İran xarici işlər nazirlərinin görüşü olub
Sakura

Azərbaycan və İran xarici işlər nazirlərinin görüşü olub

Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə Görüşü çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarov İran İslam Respublikasının Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ilə görüşüb.

Xarici İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, nazirlər iki dövlət arasında ümumi tarixi, dini, mədəni əlaqələrə əsaslanan dostluq və mehriban qonşuluq münasibətlərinin ikitərəfli əməkdaşlıq gündəliyində duran məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Nazirlər iki ölkənin dövlət başçıları arasında olan qarşılıqlı hörmət və etimadın Azərbaycan-İran münasibətləri üçün həlledici rol oynadığını söyləyiblər. Bu xüsusda, iranlı nazir Azərbaycan tərəfinə qonaqpərvərliyə və QH-nin Zirvə Toplantısının yüksək səviyyədə təşkil etdiyinə görə təşəkkür bildirib.

Söhbət əsnasında uğurla inkişaf edən regional əməkdaşlığın həm ikitərəfli, həm də çoxtərəfli formatlarının geniş perspektivlər açdığı qeyd edilib. Bu mənada bölgədə Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən nəhəng nəqliyyat dəhlizləri, o cümlədən dəmir yollarının gözəl fürsətlər yaratdığı vurğulanıb.

Görüşün sonunda Nazir Məhəmməd Cavad Zərif Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyinə həsr olunmuş Xatirə kitabına öz ürək sözlərini yazıb.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional və qlobal məsələləri müzakirə ediblər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fransızlar tərəfindən başları bədənindən ayrılan Mərakeş müsəlmanlarının təsvir olunduğu POÇT MARKAsı. 1922-ci ildə Fransada istifadə olunub.

Redaktor seçimi

SON XƏBƏRLƏR