Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycan və İran sərhəd-keçid məntəqələrindəki problemləri aradan qaldırır

Azərbaycan və İran sərhəd-keçid məntəqələrindəki problemləri aradan qaldırır
Sakura

Azərbaycan və İran sərhəd-keçid məntəqələrindəki problemləri aradan qaldırır

“Azərbaycanla İran arasında sərhəd-keçid məntəqələrindəki problemlərin bir qismi həllini tapıb”.

Report” xəbər verir ki, bunu Bakıda keçirilmiş Azərbaycan-İran Hökumətlərarası Komissiyasının 13-cü iclasından sonra jurnalistlərə açıqlamasında iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazir bildirib ki, bundan sonra Bakıdan Naxçıvana gedən avtobusların yük yerləri həm Astarada, həm də Culfada bloklanacaq: “Bununla da, vətəndaşlarımız muxtar respublikaya daha rahat gedib-qayıdacaqlar”.

Bundan başqa, Şahin Mustafayevin sözlərinə görə, İran tərəfi Azərbaycana məxsus yük daşıyıcılarına tətbiq etdiyi zəmanət haqlarının məbləğin azaldacaq. İslam respublikasından Avropa ölkələrinə daşınan yüklərin isə bir hissəsi Naxçıvan ərazisindən keçəcək.

“Bundan başqa, sərhəd-keçid məntəqələrinin 24 saatlıq iş rejiminə keçməsi ilə bağlı da razılıq əldə etmişik”, - o əlavə edib. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Norveçdə körpü

Redaktor seçimi

SON XƏBƏRLƏR