Dərc edildi: Baxış sayı: 235
Azərbaycan və İran nümayəndələri görüşəcək
Yaxın günlərdə Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədrlərinin görüşü olacaq.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, görüş İranın Astara şəhərində keçiriləcək:
“Bir sıra məsələlər, o cümlədən nəqliyyat, su resurslarının birgə istifadəsi ilə bağlı danışıqlar aparılacaq”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət