Dərc edildi: Baxış sayı: 484
Azərbaycan və İndoneziya ticarət razılaşması imzalaya bilər
"Azərbaycan və İndoneziya arasında ticarət razılaşmasının imzalanması ilə bağlı danışıqlar aparılır".
Bu barədə “Report”a açıqlamasında İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan bəy Fanani məlumat verib.
Bundan başqa, onun sözlərinə görə, tərəflər arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair sazişin də imzalanmasına ehtiyac var.
Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanla İndoneziya arasında ticarət dövriyyəsi dəyəri 39,195 milyon ABŞ dolları təşkil edib. Bunun 289 min dollar İndoneziyaya ixrac, 38,906 milyon dolları isə İndoneziyadan idxal olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət