Dərc edildi: Baxış sayı: 592
Azərbaycan və Gürcüstan mətbəxindən bəhs edən kitab Almaniyada nəşr olunub
Almaniyada "Qafqaz - Gürcüstan və Azərbaycana kulinar səyahət" adlı kitabın alman dilinə tərcüməsi nəşr olunub.
"Report" "Sputnik Gürcüstan"a istinadən xəbər verir ki, kitabın müəllifi Ukrayna əsilli məşhur baş aşpaz Olqa Herkulesdir.
Kitab Almaniyanın "Knesebeck Verlag" ədəbi nəşriyyatında nəşr olunub.
Bununla da avropalı qurmanların Azərbaycan mətbəxinin reseptləri ilə alman dilində tanış olmaq imkanı olacaq.
Mənbə: Report.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət