Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycan və Fransa arasında aqrar sahədə əməkdaşlıq müzakirə olunub

Azərbaycan və Fransa arasında aqrar sahədə əməkdaşlıq müzakirə olunub
Sakura

Azərbaycan və Fransa arasında aqrar sahədə əməkdaşlıq müzakirə olunub

Fransada işgüzar səfərdə olan Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov bu ölkənin Overny-Ron-Alp regionunun prefekti Paskal Melo ilə görüşüb.

Kənd Təsərrüfatı Nazirliyindən “Report”a verilən məlumata görə, P.Melo Overny-Ron-Alp regionunun kənd təsərrüfatı sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğunu diqqətə çatdırıb. O, bu sahədə ölkəmizlə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb.

İ.Kərimov, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən də bəhs edib. Bildirib ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. BMT-nin Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnamə qəbul edib. Bu qətnamələr erməni qoşunlarının torpaqlarımızdan tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Azərbaycan münaqişənin sülh yolu ilə həllində maraqlıdır. Bu münaqişə regionun inkişafına böyük maneə yaradır.

Nazir qeyd edib ki, Fransa münaqişənin həlli məqsədilə yaradılmış ATƏT-in Minsk qrupunun üç həmsədr ölkəsindən biridir və vasitəçi ölkə kimi neytral olmalıdır. “Təəssüf olsun ki, Fransanın bəzi yerli ərazi kollektivləri işğal altında olan Azərbaycan rayonlarına qeyri-qanuni səfərlər təşkil edir və onlarla dostluq xartiyaları imzalayırlar. Bu, həm beynəlxalq hüququn, həm də Fransanın özünün qanunlarına ziddir. İnanırıq ki, prefektura səviyyəsində bu məsələyə ciddi baxılacaq və belə qeyri-qanuni səfərlər ləğv ediləcək”, - deyə İ.Kərimov vurğulayıb.

Nazir iki ölkə arasında siyasi əlaqələrdən də söz açaraq, dostluq münasibətlərinin və tərəfdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətinə toxunub.

Prefekt P.Melo Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya səfərini xatırladaraq, səfər çərçivəsində Emmanuel Makronun Fransanın mövqeyini aydın şəkildə bildirdiyini və bu mövqeyin dəyişmədiyini qeyd edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Payız meşəsinin mozaikası

Redaktor seçimi

SON XƏBƏRLƏR