Slimfit
  1. SİYASƏT

Azərbaycan və Ermənistan XİN başçılarının ABŞ-də keçirilməli olan görüşü niyə təxirə salınıb?

Azərbaycan və Ermənistan XİN başçılarının ABŞ-də keçirilməli olan görüşü niyə təxirə salınıb?
Sakura

Azərbaycan və Ermənistan XİN başçılarının ABŞ-də keçirilməli olan görüşü niyə təxirə salınıb?

Ermənistan və Azərbaycan arasında baş tutmalı olan danışıqların yeni raundu təxirə salınıb. Amma maraqlıdır ki, bu barədə məlumatı ev sahibi olan ABŞ yox, Ermənistan XİN yayıb.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Caliber "Youtube" kanalının növbəti buraxılışında deyilir.

“Ermənistan Xarici İşlər Nazirliyinin uşaqcasına davranışı hətta Bakıda da təəccüb doğurdu. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Ermənistan tərəfindən protokolun pozulmasına diplomatik eyham vuraraq, eyni zamanda növbəti görüşün təxirəsalınmaz tarixlərinin müəyyənləşdirilməsi istiqamətində iş aparıldığını bildirib. İclasın qeyri-müəyyən müddətə təxirə salınmasına nəyin səbəb olduğu rəsmən açıqlanmayıb. Lakin məlumdur ki, bir gün əvvəl ABŞ-ın ATƏT-dəki nümayəndəsi Maykl Karpenter gözlənilmədən konstruktiv adlandırmaq mümkün olmayan bəyanatla çıxış edib”, - məlumatda deyilir.

Daha ətraflı “Caliber”in videomaterialında:
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Winston Churchill, " Lawrence" və Əmir Abdullah Qüds. Gizli konfrans və 104 illik xaos

Redaktor seçimi

SON XƏBƏRLƏR