Dərc edildi: Baxış sayı: 450
Azərbaycan və Ermənistan XİN başçıları Münhendə görüşə bilər
Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan fevralda Münhendə keçiriləcək təhlükəsizliklə bağlı beynəlxalq konfransda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşünü istisna etməyib.
Oxu.Az xəbər verir ki, bununla bağlı “RİA Novosti” agentliyi məlumat yayıb.
“Heç nəyi istisna etmək olmaz. Ənənəyə görə, görüşlə bağlı razılıq əldə edilsə, bunu əvvəlcədən açıqlayacağıq”, - Mnatsakayan deyib.
“İrəli getdiyimiz anlaşılandır, görüşlərin vaxtı və digər məsələlərə gəlincə, onlar barədə razılıq əldə edib, ictimaiyyəti məlumatlandırmağa çalışırıq”, - Erməistan XİN rəhbəri əlavə edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət