Slimfit
  1. SİYASƏT

Azərbaycan və BƏƏ qarşılıqlı dəstəklə bağlı razılığa gəldi

Azərbaycan və BƏƏ qarşılıqlı dəstəklə bağlı razılığa gəldi
Sakura

Azərbaycan və BƏƏ qarşılıqlı dəstəklə bağlı razılığa gəldi

 

İyunun 24-də Xarici İşlər naziri Elmar Məmmədyarovun BƏƏ-dən olan həmkarı Şeyx Abdullah Bin Zayed Əl Nəhyan ilə telefon danışığı olub.

Ens.az xəbər verir ki,XİN-dən "Report"a bildirilib ki, nazirlər ikitərəfli dostluq və əməkdaşlıq əlaqələri, həmçinin ölkələrimiz arasında müxtəlif sahələrdə münasibətlərin gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Nazirlər qlobal pandemiya ilə bağlı son vəziyyət və iki ölkə tərəfindən COVID-19 epidemiyasının təsirini yumşaltmaq üçün görülən tədbirlərə dair məlumat mübadiləsi aparıblar. Tərəflər yeni növ koronavirus ilə mübarizə üçün qarşılıqlı dəstəyin və beynəlxalq həmrəyliyin vacibliyini bir daha qeyd ediblər.

Nazir Elmar Məmmədyarov BƏƏ-nin COVID-19 ilə mübarizə üzrə Azərbaycana verdiyi yardımı yüksək qiymətləndirib.

Hər iki nazir müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin davam etdirilməsi barədə razılığa gəliblər.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məmmədbağır Bağırzadə (1950-2005) və Gülşən Qurbanova (1950-2006)

Redaktor seçimi

SON XƏBƏRLƏR