Slimfit
  1. ELM

Azərbaycan Universitetində məşhur mahnıların müəllifi Adil Babayevin xatirəsi anılıb

Azərbaycan Universitetində məşhur mahnıların müəllifi Adil Babayevin xatirəsi anılıb
Sakura

Azərbaycan Universitetində məşhur mahnıların müəllifi Adil Babayevin xatirəsi anılıb

Azərbaycan Universitetində şair, tərcüməçi və dramaturq Adil Babayevin yaradıcılığına həsr olunan “Təzədən doğulur şair ölən gün” adlı ədəbi-bədii tədbir keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbiri Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri Ülviyyə Rəhimova açaraq Adil Babayevin ədəbiyyatımızın “gələcək üçün yazan” görkəmli nümayəndələrindən biri olaraq yaddaşlarda qalan əsərlər yaratdığını vurğulayıb və həyatı haqqında məlumat verib. Bildirib ki, atası repressiya illərində “xalq düşməni” kimi güllələnən Adil Babayev atasının adından imtina etməyib.

Kafedranın professoru Asif Hacıyev ədəbiyyatın yalnız əsərlərdən deyil, ədəbi talelərdən də ibarət olduğunu və Adil Babayevin sovet dövrünün paradoks və keşməkeşlərini əks etdirən ömür yaşadığını qeyd edib. O, şairin yaradıcılığının müxtəlif məqamlarından danışıb. Bildirib ki, sonet janrını Azərbaycan ədəbiyyatına daxil edən Adil Babayevin yaradıcılığında həzin romantika ilə yanaşı, gerçəklik də var. Atasına görə mənəvi repressiyaya məruz qalıb, sovet ideologiyasına və konyukturaya uyğun əsərlər ortaya qoymayıb. Məhz buna görə ədəbi mühitdə adı çox hallanmasa da, dəyərli irsə sahibdir. Məşhur mahnıların müəllifi olan, nəğmələri dillərdə yaşayan Adil Babayev peşəkar tərcüməçiliklə də məşğul olub, əsərləri teatrlarda tamaşaya qoyulub, kitablarına böyük sənətkarlar tərəfindən rəylər yazılıb.

Sonra şair Vahid Əziz Adil Babayevlə bağlı xatirələrini bölüşüb, onun yüksək mənəvi keyfiyyətlərindən söz açıb.

Adil Babayevin oğlu, tanınmış telejurnalist Etibar Babayev qeyd edib ki, atasının çoxşaxəli yaradıcılığının hər sahəsi tədqiqat obyekti olub, ciddi araşdırmalar aparılıb, haqqında 3 dissertasiya yazılıb, 4 monoqrafiya hazırlanıb, vəfatından sonra çoxsaylı yaradıcılıq gecələri təşkil olunub. Atası haqqında səsləndirilən xoş fikirlərə görə təşəkkür edən Etibar Babayev tədbir iştirakçılarına atasından ona qalan gündəlik barədə məlumat verib. Atasının adının Bakı, Gəncə və Naxçıvanda əbədiləşdirildiyini vurğulayan telejurnalist ölkə rəhbərinə təşəkkür edib.

Sonda şairin həyat və yaradıcılığından bəhs edən “Ata olsam belə, Ata istərəm” filmi nümayiş olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məhəmməd Əmin Rəsulzadə, 1940-cı il

Redaktor seçimi

SON XƏBƏRLƏR