Slimfit
  1. İDMAN

Azərbaycan Universiadada iki medal qazandı, amma gerilədi

Azərbaycan Universiadada iki medal qazandı, amma gerilədi
Sakura

Azərbaycan Universiadada iki medal qazandı, amma gerilədi

 

İtaliyanın Neapol şəhərində keçirilən XXX Yay Universiadasında Azərbaycan millisi medal sıralamasında geriləyib.

Oxu.Az xəbər verir ki, bədii gimnastımız Zöhrə Ağamirova çoxnövçülük yarışlarında gümüş, taekvondoçu Patimat Abakarova isə bürünc medal qazansa da, millimiz reytinq sıralamasında bir pillə geriləyib. Buna səbəb digər komandaların da aktivlərinə qızıl medal yazdırmasıdır. 

Beləliklə, idmançılarımızın qazandığı medalların sayı altıya çatıb. Hazırda 18-ci pillədə qərarlaşan millimizin aktivində iki qızıl, iki gümüş və iki bürünc medal var.

Qeyd edək ki, Azərbaycanın bu gün daha dörd medal qazanmaq şansı var. Belə ki, Zöhrə Ağamirova bədii gimnastikada mümkün dörd finalın (lent, gürz, halqa, top) hər birində finala vəsiqəni təmin edib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala müharibələri, 1915 İbadət üçün düzəldilmiş məscid və güllə qutularından hazırlanan minbər

Redaktor seçimi

SON XƏBƏRLƏR