Dərc edildi: Baxış sayı: 286
Azərbaycan Türkiyəyə növbəti yardımı göndərdi
Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Diasporuna Dəstək Fondu bu ilin fevralında Türkiyə Respublikasında baş vermiş zəlzələdən zərər çəkmiş şəxslərə havaların soyuması ilə əlaqədar dəstək məqsədilə Kahramanmaraş bölgəsinə quru yolu ilə humanitar yardım göndərib.
Ens.az-ın məlumatına əsasən,bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat yayıb.
Bildirilib ki, içərisində 6 200 yorğan və adyal, 175 kondisioner, 1 500 ədəd isidici, eyni zamanda, yemək bişirmək üçün 1 000 soba olan iki TIR Kahramanmaraş rayon Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin (AFAD) Regional Mərkəzinə yola salınıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət