Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycan Türkiyə ilə Preferensial Ticarət Sazişinin ratifikasiyasına hazırlaşır

Azərbaycan Türkiyə ilə Preferensial Ticarət Sazişinin ratifikasiyasına hazırlaşır
Sakura

Azərbaycan Türkiyə ilə Preferensial Ticarət Sazişinin ratifikasiyasına hazırlaşır

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən iclasda Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişinin təsdiq edilməsi haqqında Qanun layihəsi müzakirə edilib.

Ens.az xəbər verir ki, bu barədə “Report” Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir.

Komitə sədri Tahir Mirkişili bildirib ki, Preferensial Ticarət Sazişi Azərbaycanla Türkiyə arasında imzalanmış ən mühüm sənədlərdən biridir.

O bildirib ki, 2019-cu ilin məlumatlarına görə, Türkiyə Azərbaycanın xarici ticarət tərəfdaşları arasında ikinci yerdə durur: “Keçən dövr ərzində Azərbaycanla Türkiyə arasında xarici ticarət dövriyyəsi 33 faiz artaraq, 4,5 milyard ABŞ dollara çatıb. Azərbaycanın ixracında da Türkiyə çox mühüm yer tutur. 2019-cu ildə Azərbaycanın bu ölkəyə ixracı 36 faiz artaraq 2,9 milyard ABŞ dolları təşkil edib. 2017-ci ildən etibarən Azərbaycan Türkiyə ilə xarici ticarət dövriyyəsində hər zaman müsbət saldoya malik olub. 2019-cu ildə bu saldo rekord şəkildə artaraq 1,2 milyard ABŞ dollara çatıb. Azərbaycan Türkiyə iqtisadiyyatına 8,5 milyard ABŞ dolları, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 12,5 milyard ABŞ dolları investisiya qoyub”.

Qeyd olunub ki, Preferensial Sazişin imzalanması Azərbaycanın qeyri-neft sektorunda ixracının artmasında mühüm rol oynayacaq. Sazişdə 15 mal qrupu üzrə hər iki ölkə arasında həm kvota, həm də rüsumun sıfıra endirilməsi ilə bağlı mühüm müddəalar öz əksini tapıb.

Sonra İqtisadiyyat Nazirliyinin Ticarət siyasəti və Ümumdünya Ticarət Təşkilatı şöbəsinin müdiri Xəzər Bəşirov Azərbaycan və Türkiyə arasında Preferensial Ticarət Sazişi barədə məlumat verib. Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişinin məqsədi mallar üzrə tariflərin azaldılması və ya ləğv olunması, para-tariflərin və qeyri-tarif maneələrinin ləğv olunması, iqtisadi əlaqələrin harmonik inkişafı vasitəsilə ticarətin genişləndirilməsi və təşviq edilməsi, ədalətli rəqabət üçün əlverişli şərtlərin yaradılması, ticarətin davamlı artımı üçün proqnozlaşdırıla bilən və təhlükəsiz mühitin yaradılmasıdır.

Sənədə əsasən, tərəflərin nümayəndələrindən ibarət Birgə Komitə təsis edilib. Bu komitə əldə olunan irəliləyişin nəzərdən keçirilməsi üçün ildə ən azı bir dəfə görüş keçirəcək. Saziş müddətsiz olaraq bağlanıb və tərəflərdən birinin diplomatik kanallar vasitəsilə onu ləğv etmək barədə niyyətini bildirənədək etibarlıdır.

Deputatlar Əli Məsimli, Vüqar Bayramov Preferensial Saziş barədə öz fikirlərini açıqlayıblar, sənədin iki ölkə arasında münasibətlərin inkişafında əhəmiyyətindən danışıblar.

Deputatlar qanun layihəsini Milli Məclisin plenar iclasına tövsiyə ediblər.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sabirin satiralarından seçilmiş sözlərlə qurulub bu şəkil...

Redaktor seçimi

SON XƏBƏRLƏR