Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycan torpağında 1 hektar otlağı təmizləyən erməniyə 100 manat verilir...

Azərbaycan torpağında 1 hektar otlağı təmizləyən erməniyə 100 manat verilir...
Sakura

Ermənilərin torpaqlarımızda daimi məskunlaşması hər vasitə ilə həvəsləndirilir...

1991-ci ildən  torpaqlarımızda  bəslənən separatçı erməni rejimi artıq “Heyvandarlığın tənzimlənməsi və otlaqların idarə olunması” proqramını həyata keçirməyə başlayıb.  
 
Moderator.az xəbər verir ki, “kənd təsərrüfatı nazirinin  müavini” hesab edilən Tiqran Arustamyan adlı məxluqun sözlərinə görə, proqram ilkin olaraq eksperiment kimi Azərbaycanın  işğal altındakı 4 rayonunda və yalnız bir kənddə icra olunmağa başlanıb. Həmin kəndlərdən biri də Şuşanın 26 il öncə uğursuz əməliyyat nəticəsində 100-ə yaxın hərbçimizin şəhid olduğu Daşaltı kəndidir.  
 
Məhsuldar torpağı olan Daşaltı kəndinin 2167 hektar sahəsi var ki, bundan 942 hektarı otlaqlardır. Lakin otlaqların cəmi 20 faizi işğalçılar tərəfindən istifadə oluna bilir. Çünki çəmənləri kol-kos basıb, yollar, cığırlar bərbad vəziyyətə düşüb və ərazidə heyvanların içməsi üçün su yoxdur. Buna görə də  otlaqların təmizlənməsi üçün 6 milyon dram(təxm. 12 min 317 dollar)  yolların abadlaşdırılması üçün 480 min dram(təxm.985 dollar), otlaq ərazilərinə su çəkilməsi üçün 1 milyon 56 min dram (2168 dollar) ayırılıb.  
 
Otlaqların hər hektarının təmizlənməsi üçün erməni kəndlilərə zəhmət haqqı olaraq 30 min dram nəzərdə tutulub. Bu işləri görmək üçün Daşaltıda yaşayan ermənilər tək-tək, yaxud qrup halında müraciət edə bilərlər. İlk mərhələdə 155 hektarlıq otlağı qaydaya saymaq planlaşdırılıb.  
 
 
Daşaltında otlaqların çoxaldılması ermənilər üçün  konkret rəqəmlərdə özünü göstərəcək. Hesablamalara görə,   nəzərdə tutulan işlər baş tutarsa, növbəti illər Daşaltında 32 ton mal əti, 1,2 ton qoyun əti, 235 min 850 litr süd istehsal olunacaq. Bu isə 2017-ci ilə nisbətdə 10-20 faiz çox olacaq.
 
P.S. Göründüyü kimi, ermənilərin torpaqlarımızda daimi məskunlaşması separatçı rejim tərəfindən hər vasitə ilə həvəsləndirilir...
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1921-ci ilin avqust ayında İraqın ilk Kralı I Feysəlin taxta çıxma mərasimi. Ətrafında iraqlılar yox, ingilislər var ...

Redaktor seçimi

SON XƏBƏRLƏR