Dərc edildi: Baxış sayı: 568
Azərbaycan Tokio-2020-yə ilk lisenziyanı qazanıb
Azərbaycan millisi 2020-ci ildə Tokioda keçiriləcək XXXII Yay Olimpiya Oyunlarına ilk lisenziyanı qazanıb.
ONA-nın məlumatına görə, bu uğura atlet Anna Skidan imza atıb.
Çəkicatma növündə çıxış edən idmançımız Çinin Nanjinq şəhərində keçirilən “World Challange”də 72,92 m nəticə göstərərək, 5-ci olub. Bu, onun Tokio-2020-yə vəsiqəsini rəsmiləşdirib. Halbuki Olimpiadaya lisenziya əldə etmək üçün 72,50 m nəticə də kifayət idi.
Qeyd edək ki, Tokio-2020 iyunun 24-dən avqustun 9-dək keçiriləcək. A. Skidan isə Rio-2016-dan sonra ikinci dəfə Oyunlarda mübarizə aparacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət