Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Azərbaycan Tibb Universitetinin həkimləri dünya səhiyyəsində ilkə imza atıblar

Azərbaycan Tibb Universitetinin həkimləri dünya səhiyyəsində ilkə imza atıblar
Sakura

Azərbaycan Tibb Universitetinin həkimləri dünya səhiyyəsində ilkə imza atıblar

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında (TCK) daha bir unikal əməliyyata imza atılıb. Universitetin I mamalıq-ginekologiya kafedrasının professoru Şahbaz Şahbazov tərəfindən İstmikoservikal çatışmazlıq diaqnozu olan hamilə qadın üzərində cərrahi əməliyyat icra olunub.

ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, professor Ş.Şahbazovun sözlərinə görə, bu cür əməliyyatların uğurlu icrası Azərbaycanın səhiyyə sahəsinin inkişafından xəbər verir. O qeyd edib ki, bu əməliyyat təkcə Azərbaycanda deyil, həm də dünya səhiyyəsində yeni bir addımdır: “Təbii ki, Tədris Cərrahiyyə Klinikasının güclü bazası olmadan biz bu cərrahi müdaxilələri edə bilmərik. Əməliyyat etdiyimiz qadın beş ildir ki, ailəlidir. Xəstə bizə müraciət edəndə artıq beş dəfə hamiləliyi yarımçıq başa çatmışdı. Buna səbəb dölün bətndaxili inkişafının dayanması olub. Uşaqlığın onu saxlamaması səbəbindən döl itirilirdi. İstmikoservikal çatışmazlıq-uşaqlıq boynu çatışmazlığı dediyimiz xəstəlik nəticəsində döl tələf olurdu”.

Professorun bildirdiyinə görə, yeganə yol tibdə yeni üsul tətbiq etmək olub: “Əlbəttə ki, tibb elmində, təcrübi vərdişlərə əsaslanaraq, yeni bir addım atdıq. Xəstə ilə ciddi danışıqlar aparıldı, razılıq əldə olunandan sonra hamiləliyin 14-cü həftəsində uşaqlıq üzərində cərrahi əməliyyatı icra etdik. Süni sfinktor yaratmalı idik ki, döl uşaqlıqdan xaric olmasın və hamiləlik sonuna kimi çatdırıla bilsin. Biz dünya səhiyyəsində ilk dəfə olaraq, belə bir əməliyyatı icra etdik. Bu cərrahi müdaxilənin icrası ondan ibarət oldu ki, süni şəkildə, artıq həm autoplastika ilə, həm də sintetik materiallardan istifadə edərək, uşaqlıq və uşaqlıq boynu arasındakı məsafədə sfinktor yaratdıq və bu sfinktor qapalı şəkildə oldu”.

Qeyd edək ki, xəstə üzərində əməliyyat çox riskli keçib. Hamiləlik müddətində xəstə həkim nəzarətində olub. Hamiləliyin 35-ci həftəsində 2300 qram çəkidə oğlan uşağı dünyaya gəlib. Hazırda həm qadın, həm də körpənin vəziyyəti yaxşıdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan Milli İncəsənət Muzeyinin açılışı. Bakı, 6 may 1937-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR