Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycan Tibb Universitetində akademik Böyükkişi Ağayevin 90 illik yubileyinə həsr olunmuş konfrans keçirilir

Azərbaycan Tibb Universitetində akademik Böyükkişi Ağayevin 90 illik yubileyinə həsr olunmuş konfrans keçirilir
Sakura

Azərbaycan Tibb Universitetində akademik Böyükkişi Ağayevin 90 illik yubileyinə həsr olunmuş konfrans…

Azərbaycan Tibb Universitetində akademik, Əməkdar elm xadimi, Azərbaycan Dövlət Mükafatı laureatı Böyükkişi Ağayevin 90 illik yubileyinə həsr olunmuş konfrans keçirilir.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçılarını salamlayan Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli deyib: “Təəssüflə qeyd etmək istərdim ki, hələ bir neçə ay bundan öncə Böyükkişi Ağayevlə görüşdükdə bu günü onun iştirakı ilə qeyd etməyi planlaşdırdığımıza baxmayaraq, qismət olmadı. Lakin əminliklə demək istəyirəm ki, Böyükkişi Ağayev bu gün cismən bizimlə olmasa da onun yaratdığı böyük məktəb, elmi-tədqiqat işləri, qoyduğu iz daima bizimlə olacaq. Bu gün onun şagirdlərinin təşəbbüs və həvəslə bu tədbirə gəlişi də Böyükkişi Ağayevin daima qəlblərdə yaşayacağının göstəricisidir”.

Sonra tədbirdə Böyükkişi Ağayevin həyatı və elmi fəaliyyətindən geniş bəhs edilib.

Tədbir plenar iclaslarla davam etdirilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Payız meşəsinin mozaikası

Redaktor seçimi

SON XƏBƏRLƏR