Dərc edildi: Baxış sayı: 448
Azərbaycan təmsilçisi beynəlxalq biznes forumunda iştirak edir
Çinin nüfuzlu “Global Times” qəzetinin təşkilatçılığı ilə 2-ci Çin Beynəlxalq Biznes Mühiti Forumu keçirilib.
Ens.az xəbər verir ki,bu barədə “Report”a İqtisadiyyat Nazirliyindən bildirilib.
Məlumata görə, forum çərçivəsində təşkil edilən “Beynəlxalq biznes mühiti” mövzusunda panel müzakirələrdə Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu da iştirak edib. Panel müzakirələrdə çıxış edən Teymur Nadiroğlu Azərbaycanda son illər ərzində həyata keçirilən iqtisadi islahatlar, əlverişli biznes və investisya mühiti barədə məlumat verib, Çin şirkətlərini azərbaycanlı həmkarları ilə fəal əməkdaşlığa dəvət edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət