Dərc edildi: Baxış sayı: 389
Azərbaycan təbii qaz ixracından gəlirini 19% artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycan, gömrük bəyannamələrinə əsasən, 9 milyard kubmetr təbii qaz ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə qazın dəyəri 1,7 milyard ABŞ dolları təşkil edib.
Hesabat dövründə "Mavi yanacaq" ixracının həcmi ötən ilin eyni dövründəkindən 21,3%, dəyəri isə 19,8% çox olub.
8 ay ərzində Azərbaycanın ümumi ixracında təbii qazın payı 17,2% təşkil edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət