Slimfit
  1. İDMAN

Azərbaycan taekvondoçuları Qran-prinin final mərhələsinə yollanıb

Azərbaycan taekvondoçuları Qran-prinin final mərhələsinə yollanıb
Sakura

Azərbaycan taekvondoçuları Qran-prinin final mərhələsinə yollanıb

Azərbaycan taekvondoçuları Rusiyanın paytaxtı Moskvada Qran-prinin final mərhələsinə qatılacaq. 

Federasiyadan "Report"a verilən məlumata görə, dekabrın 6-da start götürəcək yarışa baş məşqçilər Reza Mehmandust və Elnur Amanovun rəhbərliyi altında Cavad Ağayev (68 kq), Milad Beigi Harçeqani (80 kq) və Radik İsayev (+80 kq) yollanıb. 42 ölkədən 128 idmançının iştirak edəcəyi Qran-pri “Dinamo” idman sarayında baş tutacaq.

Dünyanın reytinqli 16 kişi və qadın taekvondoçularının mübarizə aparacağı final mərhələsinin mükafatçıları aktivlərinə müvafiq olaraq 80, 48 və 28.8 reytinq əlavə edəcəklər. Qran-pri iki gün davam edəcək. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Müasir qumbaraatanın prototipi XV əsrdə hazırlanıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR