Azərbaycan stendi Türkiyədə təltif olundu
Azərbaycan “EMİTT 2019” “Şərqi Aralıq dənizi Beynəlxalq Səyahət və Turizm Sərgisi”ndə iştirakını uğurla davam etdirir. SİA-nın məlumatına görə, sərginin 3-cü günü təşkilatçılar tərəfindən Azərbaycan stendi “Ən yaxşı təşkil olunmuş stend” nominasiyası ilə təltif olunub.
Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə 31 yanvar-3 fevral tarixlərində İstanbulda keçirilən “EMİTT 2019” sərgisində iştirak edən ölkəmizin stendinə yerli türk turizm şirkətləri, digər ölkələrin turizm şirkətləri və ziyarətçilər tərəfindən böyük maraq göstərilir.
Qeyd edək ki, 2018-ci ilin noyabrında Londonda keçirilən “Dünya Səyahət Bazarı” (WTM 2018) sərgisindən başlayaraq bütün beynəlxalq sərgilərdə Azərbaycan stendi yeni loqo və brend konsepsiyasına uyğun olaraq dizayn edilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət